Türkiyədə külli miqdarda narkotik maddə ələ keçirilib.
"Yeni Sabah" bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bitlis şəhər polis idarəsi, Bitlis və Adana şəhər Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin keçirdikləri birgə əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb.
Sözügedən qurumların əməkdaşları şübhəli bilinən avtobusu saxlayıb. Avtobusa narkotik itlərinin iştirakı ilə baxış keçirilən zaman yük yerindən ümumi dəyəri 41 milyon 400 min tl (təxminən, 12 milyon manat) dəyərində və xüsusi paketlərə bükülmüş formada narkotik maddə olan heroin aşkarlanıb.
Məsələ ilə bağlı 4 nəfər şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə aparılıb.
https://cdn.yenisabah.az/files/bar.jpg
Faktla bağlı araşdırma aparılır.
Kamil Telegram kanalımız