13 ildə 9 uşaq - “Hər bürcdən övladım olsun”

saytların hazırlanması

Evə çatdırılma

13 ildə 9 uşaq - “Hər bürcdən övladım olsun”

Maraqlı

28 Avqust 2023 15:13 375


Özünü tənha hiss etdiyi üçün tez-tez uşaq dünyaya gətirdiyini deyən çinli qadın hər bürcdən uşaq istədiyini dilə gətirib və səbəbini ərinə bağlayıb. 

Bakupost.az xəbər verir ki, 31 yaşlı Tian əri Zhao ilə orta məktəbdə oxuyarkən tanış olub. Universiteti bitirdikdən sonra dərhal ailə qurublar və 2010-cu ildə ilk övladları - qız uşağı dünyaya gəlib. 2012-ci ildə cütlüyün daha bir əkiz övladı dünyaya gəlib.

Bu müddət ərzində o, ailə həyatından kifayət qədər razı idi. 3 uşağı olan Tian əri işdə olarkən özünü tənha hiss etdiyi üçün daha çox uşaq sahibi olmaq istəyirdi. Ərinin də onun ideyasını dəstəklədiyini bildirən Tian daha sonra 4 il ərzində daha 4 dəfə ana olduğunu bildirib. Tian sonuncu dəfə 2022-ci ildə uşaq dünyaya gətirib. Tian son açıqlamasında yenidən hamilə olduğunu bildirib. Toyuqlu pizza

13 uşaq dünyaya gətirməsinə baxmayaraq, Tianın fikri heç də dəyişməyib. Hələ də gənc və enerjili göründüyünü bildirən qadın, bütün bürclərdən uşaq sahibi olmaq istədiyini qeyd edərək, "Ərimin genlərini israf etmək istəmirəm" deyə əlavə edib.

Tian ərinin yaxşı bir işdə işlədiyini və maddiyyatla bağlı heç bir probleminin olmadığını bildirib.

O ərinin şirkətində rəhbər vəzifədə çalışdığını və bu gərgin tempə baxmayaraq övladlarının təhsilini diqqətdən kənarda qoymadığını bildirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!