Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə AFN-ə Mədinənin əmisi Təzəxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar: “Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Mədinə çox müəmmalı surətdə yoxa çıxıb. Pepperoni pizza
102-yə zəng edib məlumat verdik. Gəldilər, izahat aldılar, getdilər. Mədinənin qardaşı deyir həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur”.
Telegram kanalımız