15 min manatlıq oğurluq edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

15 min manatlıq oğurluq edən şəxs tutuldu

Kriminal

20 Fevral 2020 12:20 1028


Abşeronda evdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən oğurluq edən şəxs saxlanılıb. Araşdırmalar zamanı saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nağıyevin evdən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Kamil
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!