16 yaşında qətlə yetirilən Turanın bacısı danışdı:   “Yarışdan bir gün öncə...” - Video

saytların hazırlanması

Evə çatdırılma

16 yaşında qətlə yetirilən Turanın bacısı danışdı: “Yarışdan bir gün öncə...” - Video

Sosial

18 Dekabr 2022 16:46 3553


Olimpiya kompleksində qətlə yetirilən 16 yaşlı idmançı Turan Rüstəmovun bacısı Gülsüm Rüstəmova qardaşı ilə bağlı xatirələrini bölüşüb.

Yenisabah.az xəbər verir ki, Gülsüm Rüstəmova MTV-yə açıqlamasında mərhum qardaşının çox mehriban və gülərüz olduğunu və onunla xoş günlər keçirdiyini dilə gətirib.

Qeyd edək ki, Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmov ötən ay Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qətlə yetirilib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qətl törətməkdə şübhəli bilinir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!