16 yaşlı gənc itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı gənc itkin düşdü

Hadisə

24 Sentyabr 2020 20:25 833


Sumqayıtda 16.10.2004-cü il tarixdə doğulmuş Kərimov Əli Fariz oğlu sentyabrın 19-da səhər saatlarında 76-cı məhəllədə yaşadığı evdən naməlum istiqamətə çıxaraq bir daha geri qayıtmayıb.

Yenisabah.az xəbər verir ki, Ə.Kərimov 168 sm boyunda, arıq bədən quruluşlu, qarabəniz, sifəti uzunsov, saçları qısa və şabalıdı rəngdə, gözlərinin rəngi isə yaşıldır.

O, evdən çıxarkən əynində tünd göy rəngli cins şalvar, tünd yaşıl rəngli qısaqol köynək, ayağında isə göy rəngli “makasin” ayaqqabı olub. Dördpendirli pizza

Bu gənci görən şəxslərdən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya (018) 65 4-02-02, (018) 65 5 -76 -65, 050 384 -84-99 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!