Bakıda daha bir marşrut avtobusu qəzaya düşüb.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, bu, 160 saylı xətt üzrə hərəkət edən avtobusdur.
Hadisə Binə qəsəbəsi ərazisində baş verib. Belə ki, sözügedən nəqliyyat vasitəsi arxadan Kamaz markalı yük avtomobilinin qoşqusuna çırpılıb. Sezar pizza
Hazırda əraziyə yol polisləri gəlib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Sizə həmin qəzanın görüntülərini təqdim edirik.
Xatırladaq ki, bir müddət əvvəl 160 saylı avtobus Binə qəsəbəsində qatarla da toquşmuş, ölən və yaralananlar olmuşdu.
Telegram kanalımız