1610 nəfər özünüməşğulluq proqramına cəlb edilib

saytların hazırlanması

Evə çatdırılma

1610 nəfər özünüməşğulluq proqramına cəlb edilib

Sosial

04 May 2019 11:54 1383


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə artıq 1610 nəfər özünüməşğulluq proqramına cəlb edilib.

“Yeni Sabah” xəbər verir ki, onların əksəriyyəti əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplardan olanlardır.

Proqrama cəlb edilənlər üçün bir aylıq təlimlər keçirilir. Təlimlərdə iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.  Toyuqlu pizza

Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar  kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün mal və material formasında aktivlərlə təmin ediləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!