17 yaşlı oğlan “iPhone“ almaq üçün böyrəyini satdı

saytların hazırlanması

Evə çatdırılma

17 yaşlı oğlan “iPhone“ almaq üçün böyrəyini satdı

Maraqlı

16 Noyabr 2020 17:13 1352


Çində yaşayan bir gənc illər əvvəl etdiyi səhvə görə yataq xəstəsi olub.

Yenisabah.az xəbər verir ki, 17 yaşında "iPhone" ala bilmək üçün böyrəyini satan gənc yoluxduğu infeksiya səbəbilə ömürlük yatağa məhkum qalacaq. Daim dializ aparatına qoşulan gəncin nə qədər ömrü qaldığı isə bilinmir. 

Qeyd edək ki, gənc qanunsuz yolla böyrəyini 3 min dollara satıb. O, bundan sonra o dövrdə populyar olan "iPhone 4" və "iPad 2"mi alıb. Evə getdikdə isə ailəsinin təkidindən sonra olanları etiraf edib. Hazırda 25 yaşında olan Şanqkunun infeksiyaya yoluxma səbəbi əməliyyatdan sonrakı baxımsızlıq olub. Toyuqlu pizza

Bildirək ki, yaşanan hadisə aidiyyəti qurumların da məsələyə müdaxiləsinə səbəb olub. Gəncin əlaqə qurduğu şəxslərin şəxsiyyəti müəyyənləşdirilib və aralarında həkimin də olduğu 9 nəfər həbs edilib. Onlardan 5-i birbaşa orqan satışı ilə mühakimə olunub. Məhkəmə Şanqkun və ailəsinə 300 min dollar təzminat ödənilməsinə qərar verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!