17 yaşlı oğlan yeniyetmə tərəfindən öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

17 yaşlı oğlan yeniyetmə tərəfindən öldürüldü

Kriminal

18 Mart 2020 10:58 527


Xızıda törədilmiş qətlin üstü açılıb.

“Yeni Sabah”a daxil olan məlumata görə, cari ilin mart ayının 15-də 2003-cü il təvəllüdlü Şorabad qəsəbə sakini A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində dünyasını dəyişməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub. Pepperoni pizza

Yeniyetmə polis tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Xızı rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!