1/8 finalın bu oyunu 1 dəqiqəlik sükutla başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

1/8 finalın bu oyunu 1 dəqiqəlik sükutla başlayacaq

İdman

11 Mart 2025 14:01 241


Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” - “Benfika” cavab oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.

"Barselona" dünyasını dəyişəm həkimi Karles Minaro Qarsiyanın xatirəsini yad etmək üçün Avropanın ali futbol qurumuna müraciət ünvanlayıb. UEFA Kataloniya təmsilçisinin xahişini müsbət cavablandırıb. Sezar pizza

Sözügedən görüş bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Komandalar arasında ilk oyunda "Barselona" 1:0 hesabı ilə qalib gəlib. 

Xatırladaq ki, Karles Minaro Qarsiya La Liqanın 27-ci turunda “Barselona” - “Osasuna” matçından əvvəl dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!