Kocaelinin Darıca bölgəsində yaşayan 18 yaşlı Furkan Celep Sosial şəbəkədə intihar edəcəyi ilə bağlı bir yazı paylaşıb.
Yenisabah.az xəbər verir ki, gənc yazıdan dərhal sonra özünü uçurumdan ataraq həyatına son verib.
Araşdırma aparan polis işçiləri bir yük şirkətində çalışan Furkan Celepin sosial şəbəkə hesabını öyrənərək orada paylaşdığı yazı ilə tanış olublar. Gənc yazıda alkoqol və ya narkotik maddə təsirində olmadığını, bu addımı tamamilə ayıq şəkildə atdığını vurğulayıb. O, həmçinin depressiyada olmadığını, sadəcə bu məsələ ilə bağlı aylarla düşündüyünü diqqətə çatdırıb. Marqarita pizza
Furkan Celep bir avtomobil, bir ev və ya hər hansı bir şey uğrunda illərini sərf etmək istəmədiyini, iş həyatının çox yorucu olduğunu, hər şeyi geridə qoyub getməyin daha məntiqli gəldiyini, göy üzündə rahatlıq tapacağını qeyd edib.
Telegram kanalımız