181 min hektardan çox sahədə taxıl biçilib

saytların hazırlanması

Evə çatdırılma

181 min hektardan çox sahədə taxıl biçilib

Sosial

10 İyun 2019 12:43 1232


Bu günə qədər Azərbaycanda 171 231,7 hektar ərazidə arpa, 10 254,3 hektar ərazidə isə buğda biçini aparılıb. 

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir. 

Bununla da ümumi göstərici 181 486 hektar təşkil edir.  Dominos pizza

Ümumilikdə bu günə qədər ölkə üzrə 528 743,2 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 286 45 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax və Bərdə rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Neftçala 31404 25190 21,6
Şəki 21626,3 10400 34
Biləsuvar 14900 12956 30
Sabirabad 9600 8213 38
Zərdab 5730 4342 30,5
Yevlax 5082,5 4150 28
Cəlilabad 4509,1 4090 35,2
Bərdə 2568 2537 31
Beyləqan 1765 1426 26,8

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Ölkə üzrə taxıl biçininə 1 348 kombayn cəlb olunub. Bunlardan 511-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq”in kombaynları ilə 71 710 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 1 109 776 hektar sahə biçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!