“190 manata ehtiyacı olan 250 manatlıq işi istəmir” - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“190 manata ehtiyacı olan 250 manatlıq işi istəmir” - Nazir

İqtisadiyyat

07 Avqust 2020 12:30 811


"Son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 190 manatlıq ödənişin əsas kriteriyaları işsiz şəxslərə və gəlirini itirənlərə dəstək verməkdir: Marqarita pizza

"Bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin?"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!