“Arsenal” hücumçu problemi ilə üzləşib. Hazırda “topçular”ın heyətində Qabriel Xesus, Bukayo Saka, Martinelli və Havertz zədələnməsi komanda üçün çempionluq yarışında fəlakətə çevrilə bilər.
Yenisabah.az xəbər verir ki, londonlular 4 əsas qol silahının yoxluğununda “Nyukasl”ın isveçli ulduzu Aleksandır İsak və “Sportinq”in qol maşını Viktor Gyökeresin transferi ilə maraqlanır.
Hücumçuların hər ikisi İsveç milli komandasında komanda yoldaşıdır. Bu faktor “Arsenal” üçün forvardların transfer ehtimalını daha da gücləndirir. Sezar pizza
Aleksandır İsak bu mövsüm komandası ilə çıxdığı 22 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Viktor Gyökeres isə “Sportinq”in heyətində 21 oyunda 22 qol vurmağı bacarıb. Londonlular hər 2 ulduz üçün 150 milyon avro ödəməlidir.
Telegram kanalımız