2 nəfərin öldüyü qəza: Avtobus qanunsuz sərnişin daşıma ilə məşğul imiş

saytların hazırlanması

Evə çatdırılma

2 nəfərin öldüyü qəza: Avtobus qanunsuz sərnişin daşıma ilə məşğul imiş

Sosial

25 Dekabr 2025 14:21 341


Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini aidiyyəti qurumlar araşdırır.

"Yeni Sabah" AYNA-ya istinadla xəbər verir ki, "İsuzu" markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı mikroavtobusla toqquşub.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək. pizza

Xatırladaq ki, Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11-ə çatıb.

TƏBİB-dən bildirilib ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 qadın və 7 kişiyə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən üç nəfərin vəziyyəti ağır, beşinin isə vəziyyəti stabil olaraq qiymətləndirilir.

3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Qəzada 2 nəfər ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!