2 yaşa qədər uşaqlara maska taxmayın, boğula bilərlər - Video

saytların hazırlanması

Evə çatdırılma

2 yaşa qədər uşaqlara maska taxmayın, boğula bilərlər - Video

Sağlamlıq

29 İyun 2020 00:55 867


Koronavirusdan qorunmaq üçün böyüklərlə yanaşı uşaqların da tibbi maska taxaraq sosial məsafəni qoruması vacibdir.

Bəzi valideynlər uşaqlarına uyğun ölçüdə tibii maska tapmadıqlarından narahatdılar. Onlar bildirirlər ki, uşaqlara standart maskalar alırlar, amma ölçüsü böyük olur.

Apteklərdə isə yalnız standart maskaların satışda olduğu bildirirlər. pizza hut

Yenisabah.az xəbər verir ki, pediatr Nərmin Məmmədova hesab edir ki, uşaqlar da xəstəlik ötürücüsü ola bilirlər. Odur ki, valideynlər bu məsələdə məsuliyyətli olmalıdırlar.

O, 2 yaşınadək uşaqlara maska taxılmasını tövsiyə etmir. Bunun səbəbini boğulma, nəfəs çatışmazlığı ilə əlaqələndirir.

Ekspertlər sözlərinə görə, uşaqları qorumağın ən yaxşı yolu zərurət olmadıqda onları evdən çıxarmamaq, insanların sıx toplaşdığı yerlərə aparmamaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!