“20 Yanvar qətliamının sifarişçiləri Xalq Cəbhəsi liderləri idi“   - Deputatdan sensasion ittiham

saytların hazırlanması

Evə çatdırılma

“20 Yanvar qətliamının sifarişçiləri Xalq Cəbhəsi liderləri idi“ - Deputatdan sensasion ittiham

Siyasət

01 Noyabr 2019 18:41 1433


"20 Yanvar hadisələrinin baş verməsində Yevgeni Primakovun heç bir rolu olmayıb"

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri redaktor.az-a açıqlamasında Milli Məclisin üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib:

“Demokratiyadır, hərə öz fikrini deyir. Primakovu dərk etmək üçün gərək heç olmasa, onun yarısı qədər savadın olsun. 20 Yanvar hadisələrinin baş verməsində Primakovun heç bir rolu olmayıb. Əksinə, o, Bakıya gəlib. Xalq Cəbhəsinin liderlərinə demişdi ki, camaatı küçələrdən yığın, qan töküləcək. Onlar isə Primakova bildirmişdilər ki, Tblisidən sonra Bakıda qan tökməyə cürət etməzlər. O Primakovun ağlı, bu isə Xalq Cəbhəsinin liderlərinin... Həmin qətliamın sifarişçiləri Xalq Cəbhəsi liderləri, Qorbaçov və Azərbaycan Kommunist Partiyasının "maymaq" rəhbərləri idi”. Pepperoni pizza

Millət vəkili Primakovun ermənipərəst siyasətçi olması ilə bağlı səsləndirilən fikilərlərə qarşı çıxaraq onu vətənpərvər olmaqla Sovet İttifaqının görkəmli alimi, gözəl kəşfiyyatçısı və jurnalisti adlandırıb.

A.Əlizadə Vəfa Quluzadənin Primakovla bağlı xatirələrinə də münasibət bildirib: 

“Primakov Heydər Əliyevin çox yaxın dostu idi. Vəfa Quluzadənin nəfəsi yalandan gedib-gəlirdi, yalan danışırdı. Heç kəs Qarabağın müstəqilliyinin tanınması ilə bağlı təkliflə Heydər Əliyevə müraciət edə bilməzdi. Çünki H. Əliyev həmin şəxsin o saat ağzından vurardı. Yəni Vəfa Quluzadənin bu məsələ ilə bağlı xatirələri həqiqəti əks etdirmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!