IMDb portalı 2019-cu ilin ən populyar 10 aktyor və aktrisasının adını açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, son bir ildə xidmət istifadəçilərinin axtarış sorğuları əsasında tərtib olunan reytinqin "Top-10"unda 6 qadın, 4 kişi aktyor yer alır.
"Kapitan Marvel"də Marvel rolunu canlandıran Bri Larson siyahıya başçılıq edir. İkinci yeri "Oğlanlar" serialındakı Starlayt rolu ilə Erin Moriarti, üçüncü yeri isə "Taxtlar oyunu"nun Deyneris Tarqarienı - Emiliya Klark zəbt edib. pizza sifarişi
"Top -10" "Ələddin"in şahzadəsi Jasmin rolu ilə Naomi Skott, "Çox qəribə şeylər" serialından Dakre Montqomeri və "Şazam!" filmindən Zakari Livay, həmçinin Kianu Rivz, Roza Salazar, Margo Robbi və "Coker"də eyniadlı personajı canlandıran Xoakin Feniks ilə tamamlanıb.
Telegram kanalımız