2020-ci il son onilliklərin ən isti ili sırasına daxil ediləcək

saytların hazırlanması

Evə çatdırılma

2020-ci il son onilliklərin ən isti ili sırasına daxil ediləcək

Hadisə

06 Oktyabr 2020 17:31 1877


2020-ci ilin bütün dünyada son onilliklərin ən isti illəri sırasına daxil ediləcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatı da artıq bu barədə ilkin proqnozunu verib. Marqarita pizza

M.Həsənov deyib ki, sentyabr ayında Bakıda və Abşeron yarımadasında müşahidə edilən hava temperaturu çoxillik iqlim normasından 1-2 dərəcə yüksək olub. Bakıda sentyabrda orta çoxillik temperatur təxminən 14 dərəcə selsi olduğu halda, bu il temperatur 15-15,5 dərəcə selsi olub.

Direktor müavini əlavə edib ki, 1991-ci ildən, xüsusilə 2010-cu ildən sonra havanın temperaturu ilbəil müəyyən qədər yüksəlir. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!