2022-də Ermənistanla sülh olmadı, 2023-də müharibə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

2022-də Ermənistanla sülh olmadı, 2023-də müharibə olacaq?

Siyasət

30 Dekabr 2022 17:50 1504


Sayılı günləri qalmış 2022-ci ildə Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair gözləntilər özünü doğrultmadı. Rəsmi İrəvan bir sıra bəhanələr gətirdi, təxribatlara əl atdı, ziddiyyətli bəyanatlar verdi, bir sözlə, Azərbaycanla yekun sənədin imzalanacağı masaya oturmaqdan boyun qaçırdı.

Yekun sənədin növbəti ildə imzalanacağına dair ehtimallardan söz açan siyasi şərhçi Tural İsmayılov Yenisabah.az-la söhbətində deyib ki, bu sahədə Azərbaycan dünyada mükəmməl örnəklərdən birini yaradıb:

“30 il ərzində torpaqlarımız işğal altında olsa da, Azərbaycan öz hərbi qüdrəti sayəsində beynəlxalq hüququn təmin olunmasını ortaya qoyub, işğalçı qüvvəyə regionun sabitliyi üçün sülhün mümkünlüyünə dair təklif irəli sürüb. Azərbaycan Ermənistana 5 maddəlik sülh təklif edib. pizza

2022-ci il ərzində Azərbaycan sülhün əldə edilməsi üçün əlindən gələni və bütün vasitələrdən istifadə edib. Təəssüf ki, bölgədə sabitlik deyil, xaos, anarxiya və eləcə də mübahisələrin mövcudluğunda maraqlı olan Ermənistan sülhə yaxın olduğunu söyləsə də, üzdə bir, praktikada isə başqa cür davranıb”.

Eskpertin qənaətinə görə, Fransanın, İranın və Ermənistanı daim türk dünyasının əleyhinə istifadə etməyə çalışan qüvvələrin təhrikləri ilə qonşu ölkə vəziyyəti gərginləşdirməyə çalışır:

“Ona görə də hesab edirəm ki, 2023-cü ildə sülhün əldə edilməsi üçün Azərbaycanın Ermənistana təzyiqləri daha artacaq. Əgər bu, xoşluqla olmasa, Ermənistanı zorla biz sülhə məcbur edəcəyik”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!