“Qarabağ” yeni mövsümün ilk transferini etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” yeni mövsümün ilk transferini etdi - FOTO

İdman

18 May 2026 19:09 33


"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

"Yeni Sabah" xəbər verir ki, Ağdam təmsilçisi 2026/27 mövsümü üçün ilk transferini reallaşdırıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı fransalı futbolçu Jali Muaddib 2029-cu ilin yayına qədər "Qarabağ"da çıxış edəcək. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. Dördpendirli pizza

Xatırladaq ki, Jali Muaddibin son klubu Kipr təmsilçisi "Omoniya Aradippu" olub. Fransalı futbolçu karyerası ərzində vətənində "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da çıxış edib. O, Rumıniyada isə "Botoşani"nin formasını geyinib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 millisində də çıxış edib./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!