Paşinyan qadınla mübahisə etdi, sonda iştahasını itirdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan qadınla mübahisə etdi, sonda iştahasını itirdi - VİDEO

Dünya

18 May 2026 15:54 61


Ermənistan Başa naziri Nikol Paşinyan İrəvanın Arabkir rayonunda keçirilən təbliğat görüşündə bir qadınla mübahisə etdikdən sonra iştahasını itirib.

"Yeni Sabah" xəbər verir ki, qadın onu "vətənini oğurlamaqda, bir nəsil ermənini məhv etməkdə və "Artsax"a (Qarabağ - red.) xəyanətdə" ittiham edib.

O, sözünü bitirdikdən sonra çıxıb getmək istəyib. Vətəndaş Müqaviləsi Partiyasının lideri olan Paşinyan isə opponentinin qolundan tutaraq özünə tərəf çəkib. Sezar pizza

Daha sonra o, siyasi rəqiblərinə və "Qarabağ ləhcəsi" olan şəxslərə qarşı qəzəbini dilə gətirib, onları "qaçaq quldurlar", "qorxaqlar" və "xainlər" adlandırıb.

Seçki təbliğatı bitdikdən sonra adəti üzrə süfrə başına keçən Nİkol Paşinyan bu dəfə iştahasız olub və təamların heç birinə əl uzatmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!