Azərbaycanda benzinlə bağlı rəsmi məlumat VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda benzinlə bağlı rəsmi məlumat VERİLDİ

İqtisadiyyat

18 May 2026 14:39 33


Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650,2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Aparılan hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 18 % azdır. pizza sifarişi

Hesabat dövründə Azərbaycan Belarusdan 293,5 min ABŞ dolları dəyərində 239,4 ton, Rumıniyadan 206,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 46 % çox) 168,7 ton (+46 %), Rusiyadan 150 min ABŞ dolları dəyərində (-49 %) 122,3 ton (-49 %) və benzin alıb.

Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Belarusdan tədarükü bərpa edib.

2025-ci ildə Azərbaycana idxal edilmiş "Aİ-98" benzinin 45,2 %-i Rumıniyanın, 40,1 %-i Rusiyanın payına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!