“Putin dedi ki, Rəisinin ölümü mənim üçün şəxsi itkidir” –   “72 gün” kitabının müəllifi

saytların hazırlanması

Evə çatdırılma

“Putin dedi ki, Rəisinin ölümü mənim üçün şəxsi itkidir” – “72 gün” kitabının müəllifi

Dünya

18 May 2026 14:51 83


“Çoxları üçün prezident İbrahim Rəisi və yol yoldaşlarının göyərtəsində olduğu helikopterin qəzası sadəcə qəfil və kədərli bir xəbər idi. Lakin bu hadisənin pərdəarxası bir sıra təcili qərarlar, intensiv görüşlər, böhranı idarəetmə və ölkənin sabitliyini qorumaq üçün səylərin davamı baxımından kritik hadisə idi”.

“Yeni Sabah” Fars-a istinadla xəbər verir ki, bunu İranın 13-cü hökumətində birinci vitse-prezidenti Məhəmməd Müxbirin kommunikasiya üzrə müavini olmuş İsmayıl Ramazani bildirib.

2024-ci il mayın 19-da baş vermiş həmin hadisə barədə “72 gün” kitabının müəllifi olan Ramazani qeyd edib ki, ilk saatlardan hadisəyə Rusiyanın reaksiyası sürətli olub: pizza hut

“Bəzi fikirlərin əksinə olaraq, ruslar ilk anlardan hadisəni ciddi şəkildə izləyirdilər və kömək etməyə tam hazır olduqlarını bəyan etdilər. Cənab Putin əvvəllər dəfələrlə Tehrana səfər etmiş və birgə layihələrin əlaqələndirilməsinə məsul olan İran-Rusiya əməkdaşlığına dair xüsusi elçi (Aleksandr Lavrentyev – red.) təyin etmişdi.

Rusiyalı rəsmi səhər saatlarında cənab Müxbirlə bir neçə dəfə əlaqə saxladı və Vladimir Putinin xüsusi mesajını ona çatdırdı. Telefon zənglərində Putinin əmri ilə Rusiya Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin səfərbər edildiyi bildirildi. Hətta deyildi ki, peşəkar dağ xilasetmə qüvvələri və xüsusi texnika ilə yanaşı, 2 “İlyuşin” təyyarəsini Təbrizə göndərilməyə hazırdır”.

İ.Ramazani əlavə edib: “Həmçinin elan edildi ki, lazım gələrsə, yardım əməliyyatlarını sürətləndirmək üçün Ermənistandakı Rusiya hərbi bazasından bölgəyə gecəgörmə qabiliyyətinə malik avadanlıq və helikopterlər göndəriləcək”.

“72 gün” kitabının müğəllifi vurğulayıb ki, Prezident İbrahim Rəisinin ölümünün rəsmi elanından sonra Rusiya Prezidenti Vladimir Putin Məhəmməd Müxbirlə söhbətində dərin kədərini ifadə etdi və dedi ki, Rəisini ölümü onun üçün şəxsi itkidir. O, şəhid Rəisinin Rusiya üçün etibarlı tərəfdaş olduğunu və iki ölkənin birgə layihələrinin icrasının mütləq davam etməli olduğunu vurğuladı”.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!