ABŞ və İran bir-birinə yeni təkliflər göndərdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və İran bir-birinə yeni təkliflər göndərdi

Dünya

18 May 2026 14:48 34


ABŞ və İran müharibəni tam başa çatdırmaq üçün bir-birinə yeni təkliflər göndərib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İran 14 maddəlik təkliflərini yeniləyib və bazar günü pakistanlı vasitəçilərə təqdim edib. Vasitəçilər Tehranın təkliflərini Vaşinqtona çatdırıb. pizza hut

Məsələ ilə bağlı agentliyə danışan mənbənin sözlərinə görə, İslam Respublikası itiriləcək vaxt olmadığını bildirərək müharibəni sonlandırmaq üçün təkliflər irəli sürüb və razılaşmanın vaxt aparmasının səbəbi hər iki tərəfin tez-tez fikir dəyişdirməsi olduğunu diqqətə çatdırıb.

İranın Xarici İşlər Nazirinin sözçüsü İsmail Bəqai təkliflərin bazar günü göndərildiyini təsdiqləyib. Prosesin Pakistanın vasitəçiliyi ilə davam etdiyini deyən XİN sözçüsü Tehranın təkliflərinin Vaşinqtona çatdırdıqlarını açıqlayıb.

İran tərəfi də ABŞ-dən yeni təkliflər aldığını açıqlayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!