Yaxınlaşan Qurban bayramı öncəsi Azərbaycanda qurbanlıq qoyun və quzuların qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur. Hazırda Bakı bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdan başlayır. Bölgələrdə isə təklif olunan qiymətlər paytaxta nisbətən qismən fərqlidir.
“Yeni Sabah”ın araşdırması nıəticəsində məlum olub ki, qurbanlıq qoyunların ötən il 250-280 manat civarında dəyişən minimal qiyməti bu il 300 manata yüksəlib.
Bakının rayonları üzrə qiymət strukturu aşağıdakı kimidir: Pepperoni pizza
Yasamal və mərkəzi rayonlar: Standart ölçülü diri qurbanlıq qoyunların qiyməti 300 manat ətrafındadır. Çəki ilə ət almağa üstünlük verənlər üçün qurbanlıq qoyun ətinin bir kiloqramı 21-22 manat təşkil edir. Əgər heyvanın çəkisi 15 kiloqramdan artıq olarsa, kiloqram qiyməti 19-20 manata qədər enir. Altıaylıq quzunun əti isə bazarda 22-23 manat arasında dəyişir.
Maştağa, Binə və Hövsan qəsəbələri: Paytaxtın ətraf qəsəbələrində daha iri, təxminən 25-30 kiloqramlıq heyvanlar satışa çıxarıldığından, burada diri qoyunların qiyməti 350-400 manat (bəzi cins heyvanlarda isə 500-650 manat) arasında dəyişir. Diri çəki ilə hesablama aparılarkən quzuların kiloqramı çəkidən asılı olaraq 9.50-11 manat aralığında təklif edilir.
Bölgələrdə (Gəncə, Bərdə, Xaçmaz, Ağdaş və cənub zonası) qurbanlıq quzu və qoyunların qiyməti paytaxtla müqayisədə bir qədər fərqlidir. Regionlarda fərdi təsərrüfatlardan birbaşa satış həyata keçirildiyi üçün daha kiçik ölçülü və yerli otlaqlarda bəslənmiş erkək quzuları 260-270 manatdan başlayan qiymətlərlə tapmaq mümkündür. Lakin orta və iriçəkili regional heyvanların qiyməti yenə də 350-380 manat səviyyəsinə yüksəlir.
Canlı çəkisi 150-200 kq arasında olan bu heyvanların təxmini qiyməti 1 700-2 500 manat arası dəyişir.
200-300 kq çəkidən başlayan danalar qiyməti 2 500-3 800 manat civarındadır.
300 kq-dan çox olan böyük heyvanların qiyməti isə 3 800 manatdan başlayır. 5000 və daha yuxarı məbləğə qədər yüksəlir.
Qeyd edək ki, diri çəkinin qiyməti dana əti üçün 8,5-9 manat təşkil edir.
Qeyd edək ki, mart ayında qurbanlıq quzuların qiyməti 240 manatdan başlayırdı.
Aytac Əliyeva
Telegram kanalımız