Mirziyoyev: İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir

saytların hazırlanması

Evə çatdırılma

Mirziyoyev: İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir

Siyasət

18 May 2026 16:19 46


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir.

"Yeni Sabah" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Qlobal inkişafın ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma olan Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında sizi salamlayıram və burada olmaqdan böyük məmnunluq duyuram. Bu gün Xəzərin incisi olan gözəl Bakı şəhərində keçirilən konfransın yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm. pizza

Zati-aliləri, sizin rəhbərliyinizlə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır”, - Özbəkistan Prezidenti qeyd edib.

"XXI əsrin ortalarınadək dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Eyni zamanda urbanizasiya bir sıra sosial problemləri daha da dərinləşdirir. Bu gün dünyada təxminən 3 milyard insanın normal yaşayış şəraiti yoxdur. Onlardan 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır, 300 milyondan çox insan isə ümumiyyətlə sığınacaqsızdır. İqlim dəyişikliyi, qeyri-sabit beynəlxalq vəziyyət və iqtisadi böhran yeni qlobal miqrasiya dalğaları yaradır, bu isə əhalinin ölkələr və şəhərlər arasında yenidən bölüşdürülməsinə gətirib çıxarır. Sadə dillə desək, urbanizasiya qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir göstərən mühüm amilə çevrilir. Bütün bunlar bizdən qətiyyətli və təxirəsalınmaz addımlar atmağı tələb edir”, - Özbəkistan Prezidenti qeyd edib.

Şavkat Mirziyoyev dayanıqlı şəhər inkişafı məsələsinin Özbəkistan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb və təkliflərini açıqlayıb:

“Birincisi, bütün regionlarda əhali üçün bərabər yaşayış şəraitinin yaradılması kiçik və orta şəhərlərin harmonik inkişafını tələb edir. Bu baxımdan tərəfdaş ölkələri balanslaşdırılmış urbanizasiya və şəhər inkişafı prinsipini geniş tətbiq etməyə çağırıram.

İkincisi, şəhər idarəçiliyində süni intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlardan bütün ölkələrin bərabər şəkildə faydalanması vacibdir. Bu məqsədlə texnologiyalar, standartlar və təcrübələrin sistemli mübadiləsini təmin etmək üçün beynəlxalq Ağıllı və Təhlükəsiz Şəhərlər Alyansının yaradılmasını təklif edirəm.

Üçüncüsü, gənclərin və əhalinin həssas qruplarının keyfiyyətli və əlçatan mənzillərlə təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə gələn il Səmərqənd şəhərində mənzil tikintisinin maliyyələşdirilməsi və investisiya qoyuluşuna dair yeni yanaşmaların müzakirəsi üçün beynəlxalq forum keçirməyə hazırıq.

Dördüncüsü, qlobal iqlim dəyişiklikləri fonunda yaşıl şəhərlərin yaradılması üçün ortaq prinsiplərin və standartların qəbul edilməsinə ehtiyac getdikcə artır. Təbiətlə harmoniyada inkişaf edən şəhərlərin təşviqi məqsədilə “UN-Habitat Yaşıl Şəhər Beynəlxalq Mükafatı”nın təsis edilməsini təklif edirəm. Beşincisi, urbanizasiya səviyyəsinin artması şəhərlərdə ənənəvi özünüidarəetmə strukturlarının rolunu daha da gücləndirir.

Bu baxımdan Dünya Şəhər Forumunun 15-ci sessiyasının 2030-cu ildə Yeni Daşkənddə keçirilməsini və əsas mövzunun “Şəhərlərin dayanıqlı inkişafında yerli icmaların rolu” olmasını təklif edirəm. Əminəm ki, bugünkü tədbir qarşılıqlı faydalı və perspektivli məsələlər üzrə birgə həllərin tapılmasına, yeni təşəbbüslərin ortaya çıxmasına və bu sahənin inkişafına mühüm töhfə verəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!