Bu gün dost və qardaş Azərbaycanda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edirik. “İki dövlət, bir millət” şüarı ilə Azərbaycan və Türkiyə liderlərinin formalaşdırdığı qardaşlıq münasibətləri iki türk xalqının gələcəyi naminə daha da möhkəmlənir. Türkiyə-Azərbaycan dostluğun daha da gücləndirilməsi istiqamətində biz də aidiyyəti şəxslərlə birlikdə fəaliyyət göstəririk.
"Yeni Sabah" xəbər verir ki, bunu COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Energetika Nazirliyi ilə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran Murat Kurum Azərbaycan və Türkiyə prezidentlərinin ortaya qoyduğu güclü dostluq iradəsinin iki ölkənin daha sıx əməkdaşlığına imkan yaratdığını qeyd edib. Sezar pizza
“Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək əzmindəyik. Məqsədimiz bölgəmizdə güclü iki dövlət olaraq əməkdaşlığımızı inkişaf etdirmək və dünyada sülhə töhfə verməkdir”,- Kurum bildirib.
Telegram kanalımız