Anar Quliyev “UN-Habitat”ın sabiq direktoru ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Anar Quliyev “UN-Habitat”ın sabiq direktoru ilə görüşdü

Siyasət

18 May 2026 21:57 30


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maymuna Mohd Şərif ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, A.Quliyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Xanım Maymuna Mohd Şərif ilə yenidən görüşmək böyük məmnunluq doğurdu. Onun rəhbərlik etdiyi dövr Azərbaycanla "UN-Habitat" arasında əməkdaşlığın formalaşmağa başladığı və gələcək strateji tərəfdaşlığın təməlinin qoyulduğu xüsusi mərhələ olub. Səmimi söhbət zamanı əməkdaşlığımızın ilk illərini xatırladıq. Məhz həmin dövrdə əsası qoyulan qarşılıqlı etimad və ortaq baxış sonradan Bakının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyinə aparan yolun formalaşmasında mühüm rol oynadı", - paylaşımda qeyd olunub. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!