2024-cü ilin büdcəsində müdafiə xərcləri nə qədər olacaq?

saytların hazırlanması

Evə çatdırılma

2024-cü ilin büdcəsində müdafiə xərcləri nə qədər olacaq?

Maraqlı

21 Sentyabr 2023 16:23 1717


Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 6,421 mlrd. manat (indiki məzənnə ilə 3,78 milyard dollar) vəsait ayırıb.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, 2023-cü ilin büdcəsində analoji xərclər 6 054 844 623 manat (cari məzənnə ilə 3 561,4 mlrd. dollar) səviyyəsində nəzərdə tutulub.

2024-cü ildə bu məqsədlər üçün dövlət büdcəsindən maliyyələşmə 6% artacaq. Ümumən 2024-cü ildə büdcə xərclərinin 17,7%-i müdafiə və milli təhlükəsizliyə yönəldiləcək. Toyuqlu pizza

2024-cü il də daxil olmaqla, ölkənin hərbi potensialının artırılması, eləcə də ordunun maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri üçün 3 milyard manat (1,76 milyard dollar) ayrılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!