Modelyer, dizayner Şəlalə Maqsudovanın “Yeni Sabah”a müsahibəsi:
– Şəlalə xanım, 2024-cü ildə geyimlərdə hansı rənglər dəbdə olacaq? Dördpendirli pizza
2024-cü ildə dizaynerlər əsas 3 rəngi ortaya atıb: Qırmızı, göy və tünd yaşıl.
– Bu il yaşıl Əjdaha ili olduğuna görə bu, yaşıl rəngə daha çox üstünlük verilməsinə səbəb ola bilərmi?
– Əslində, bu, Əjdaha ili ilə bağlı olan bir versiya deyil. Sadəcə olaraq, dizaynerlər hər il fərqli rəngləri ortalığa atırlar.
– Hər dəfə qadınlar üçün rəng seçimindən danışılır, bəs kişilər hansı rənglərə üstünlük versə, dəblə ayaqlaşar?
– Dizaynerlər rəngləri ortaya atdığı zaman bu həm qadınlara, həm də kişilərə aiddir. Seçim isə onların özlərindən asılıdır. Təbii ki, qırmızı rəng dəbdədirsə, üst geyim olaraq bir çox kişi qırmızıya müraciət edə bilməz. Amma hansısa bir çalarda – köynəkdə, qalstuklarda bunu vurğulaya bilərlər.
Təbii ki, qadınlar geyimlərdə bu rənglərə üstünlük versələr, daha yaxşı olar. Çünki mənim ən sevdiyim rəng tünd-yaşıldır. Lakin dizaynerlər rəngləri ortalığa atmaqla bunu insanlara diktə etmək məcburiyyətində deyil. Sadəcə, insanlar özlərinə yaraşan və komfort verən rəngləri daşısalar, bu, daha gözəl olar.
– Geyim stilində nə kimi dəyişikliklər olacaq? Dar yoxsa “oversize” geyimlər dəbdə olacaq?
– Bu il dar geyimlər dəbdə olmayacaq. Əksinə, bədənə boş, “oversize” geyimlər dəbdə olacaq. Geyim stilində çox dəyişiklər var. Qış dəbi deyəndə biz, ilk növbədə, üst geyimləri nəzərdə tuturuq. Üst geyimlərdə də bir sıra dəyişiklilər olacaq. Biz keçən ilin qışına fikir versək, üst geyimlərində beldən kəsik olmayan, reqlan qollu və boş bədən üçün olan paltolar daha dəbdə idi. Bu il isə onlar dəbdə olmayacaq, əksinə, beldən kəsik, iri yaxalı, yarım trapez və midi ətəkli paltolar daha çox gündəmdə olacaq. Bununla yanaşı, xəz dəri və dəri ilə kombinə olunmuş gödəkçələr də dəbdə olacaq.
– Üst geyimlərindən başqa digər geyimlərdə hansı dəyişiklərin olması gözlənilir?
– Mən burada geyimləri və parçaları da vurğulamaq istərdim. Təbii ki, geyimlər də gündəmdə olacaq. Cinslər, yun parçalar, tvistlər, qalın trikotaj parçalar, draplar, dəri parçalardan hazırlanmış geyimlər dəbdə olacaq. Biz keçən ilin dəbinə fikir verəndə görürük ki, cırıq şalvarlar, deşikli cins pencəklər dəbdə idisə, artıq bu dəbdə idilər. 2024-cü ildə isə üstündə toxunma və yaxud boya ilə çəkilmiş geyimlər daha çox dəbdə olacaq. Ən çox da şəkillər insan, kosmos, üçbucaqlı, dördbucaqlı, itibucaqlı fiqurların rəsmləri ilə olacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız