2026-cı ildə bu bürcün bütün xəyalları reallaşacaq

saytların hazırlanması

Evə çatdırılma

2026-cı ildə bu bürcün bütün xəyalları reallaşacaq

Sosial

31 Dekabr 2025 19:12 7384


 

2026-cı il Qoç və yüksələn Qoç bürcləri üçün dönüş və yenilənmə ili olacaq.

“Yeni Sabah” xəbər verir ki, tanınmış astroloq Dinçər Günerin şərhlərinə görə, bu il Qoçlar həm daxili aləmlərində, həm də həyatın real sahələrində mühüm dəyişikliklər yaşayacaqlar. Özünü dərk etmə, münasibətlərdə qərar anları və yaradıcılığın real uğura çevrilməsi ön planda olacaq. Sezar pizza

Neptun planetinin Qoç bürcünə keçidi ilə Qoçlar kim olduqları və həyatdan nə istədikləri barədə daha dərindən düşünməyə başlayacaqlar. Daha idealist, duyğusal və yardımsevər olacaqlar. Sezgilər güclənəcək, lakin məqsədlərdə qeyri-müəyyənliyə yol verməmək vacibdir.

Saturn planetinin Qoç bürcünə keçidi məsuliyyətləri artıracaq. Bu dövr Qoçlar üçün yetkinləşmə və öz həyatına nəzarəti ələ alma mərhələsidir. Şəxsi sərhədlər müəyyənləşdiriləcək, planlar daha ciddi və sistemli şəkildə qurulacaq.

17 fevral – Dolça bürcündə Günəş tutulması sosial çevrədə və gələcək planlarda qəfil dəyişikliklər yarada bilər. Yeni dostluqlar yaransa da, maliyyə ilə bağlı gözlənilməz xərclərə diqqət etmək tövsiyə olunur.

2 aprel – Tərəzi bürcündə Dolunay münasibətlərdə vacib qərarları gündəmə gətirəcək. Bu tarixdə Qoçlar “davam, yoxsa ayrılıq” sualı ilə üz-üzə qala bilərlər. Ailə və ev məsələləri əlavə gərginlik yarada bilər.

17 aprel – Qoç bürcündə Şironlu Yeni Ay Qoçlar üçün şəxsi yeni ilin başlanğıcı sayılır. İmic dəyişikliyi, özgüvənin bərpası və keçmiş yaraların sağaldılması üçün uyğun zamandır. Zəifliklər gücə çevrilə bilər.

12 avqust – Şir bürcündə Günəş tutulması sevgi həyatında sürətli və ehtiraslı yeniliklər vəd edir. Subaylar üçün yeni münasibət, ailəli Qoçlar üçün romantikanın artması və ya övlad xəbəri mümkündür.

1 sentyabr – Yupiter və Saturn arasında müsbət üçbucaq bucaq yaradıcılığın real uğura çevrilməsi deməkdir. Hobbilər peşəyə, ideyalar isə davamlı layihələrə çevrilə bilər. Bu dövr zəhmətin bəhrəsini görmək vaxtıdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!