21 yanvar: Tarixdə necə qalıb?

saytların hazırlanması

Evə çatdırılma

21 yanvar: Tarixdə necə qalıb?

Maraqlı

21 Yanvar 2021 10:00 1097


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az yanvarın 21-də baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir:

1701 - I Pyotrun fərmanı ilə Moskvada Top Əmrləri Məktəbi açılıb. Toyuqlu pizza

1775 - Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Puqaçov edam edilib.

1920 - Parisdə Versal Sülh Konfransı başa çatıb.

1968 - Göyərtəsində 4 hidrogen bombası olan ABŞ hərbi təyyarəsi Qrenlandiya yaxınlığında qəzaya uğrayıb. Bombalardan biri indiyədək tapılmayıb.

1977 - İtaliyada aborta rəsmi icazə verilir.

1990 - Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublika rəhbərliyi sessiyada iştirak etməyiblər və onu "qeyri-qanuni yığıncaq" adlandırıb. Sessiyada Bakıdan qoşunların çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb.

1998 - Roma papası II İohan Pavel ilk dəfə olaraq kommunist rejimli ölkəyə, Kubaya səfər edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!