237 dərmanın qiyməti tənzimləndi

saytların hazırlanması

Evə çatdırılma

237 dərmanın qiyməti tənzimləndi

Sosial

30 Dekabr 2025 15:39 334


Azərbaycanda daha 237 dərmanın qiymətləri tənzimlənib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Qərara görə, Şuranın iclasında yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiq olunmuş Qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. Marqarita pizza

Dəyişikliklər 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!