Honq-Konqlu bir ailə Pensilvaniya universitetindən yeni məzun olan oğullarına hədiyyə olaraq şirkətlərinin 3,88 milyard dollarlıq hissəsini verib.
“Yeni sabah” xarici mediaya istinadən xəbər verir ki, beləliklə, də 24 yaşlı Erik Tse dünyanın ən varlı 550 insanından biri olub. Hazırda onun sərvəti ABŞ prezidenti Donald Trampdan, məşhur rejissor Stiven Spilberqdən və “Starbucks” şirkətinin qurucusu Hovard Şulçdan belə çoxdur.
Övladlarını bir gecədə milyarder edən ailənin Çinin məşhur dərman firması "Sino Biopharmaceutical"in rəhbərliyində yer aldığı bildirilir. Məlumata görə, Erik bundan öncə də ailəsinə məxsus müxtəlif şirkətlərin idarə heyətində direktor vəzifəsini tutub və buna görə illik 500 min dollar maaş alıb. Dominos pizza
Erik "Instagram"da lüks həyatının hər bir anını paylaşır.
Onun müğənni Rihanna ilə, məşhur model Bella Hadidlə, məşhur basketbolçularla çoxlu şəkilləri var. Aktiv həyat tərzi keçirən Erik ən elit partilərə dəvət edilir, Yaponiyada və ya Fransada xizək sürür, Baham adalarında delfinlərlə üzür.


Sabrina
Telegram kanalımız