25 yaşlı oğlan güllələndi - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

25 yaşlı oğlan güllələndi - Azərbaycanda

Kriminal

20 Yanvar 2020 17:59 1298


Mingəçevirdə 25 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, köçkün şəhərciyinin yanında baş verib. Belə ki, magistral yolun kənarında iki nəfər arasında başlayan mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Mirzəyev Ziyad Ələddin oğlu odlu silahdan açılan atəş nəticəsində döş qəfəsi nahiyəsindən xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. İlkin məlumata əsasən, hadisəni törədən şəxs də digər qəsəbədə yaşayan məcburi köçkündür. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!