28 il sonra işğaldan azad edilən Ağdamın görüntüləri - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

28 il sonra işğaldan azad edilən Ağdamın görüntüləri - Fotolar

Rəsmi

21 Noyabr 2020 15:10 1923


Noyabrın 20-də 28 il sonra işğaldan azad edilən Ağdam şəhərində bütün mülki obyektlər, yaşayış evləri tamamən dağıdılıb, infrastruktur sıradan çıxarılıb.

Yenisabah.az xəbər verir ki, erməni vandallığı buradan da yan keçməyib: “Şəhərdəki bütün tikililər dağıdılıb. Azərbaycan əsgərləri artıq Ağdamın mərkəzindəki məscidi təmizləyiblər”.

Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycanın üçrəngli bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu Azərbaycana təhvil verilib. pizza hut

Noyabrın 25-ə kimi Kəlbəcər, dekabrın 1-nə kimi isə Laçın rayonlarının tamamilə boşaldılması nəzərdə tutulub.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!