28 ildən sonra Şuşada Azərbaycan radiosu səsləndi - Video

saytların hazırlanması

Evə çatdırılma

28 ildən sonra Şuşada Azərbaycan radiosu səsləndi - Video

Rəsmi

12 Noyabr 2020 18:27 959


“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub.

Yenisabah.az xəbər verir ki, bu barədə “ASAN Xidmət” məlumat yayıb.

Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub. pizza mizza

Operativ məlumat dalğası - “ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar. 

“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.  

Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il “ASAN Radio”nun fəaliyyətinin beş ili tamam olur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!