3 ayda 150 milyon depozit geri çəkildi – SÜRƏTLİ ENİŞ 

saytların hazırlanması

Evə çatdırılma

3 ayda 150 milyon depozit geri çəkildi – SÜRƏTLİ ENİŞ 

İqtisadiyyat

15 Aprel 2025 09:33 2034


“Yapı Kredi Bank Azərbaycan”ın depozit portfeli 2025-ci ilin ilk rübündə kəskin azalıb. 

“Yeni Sabah”ın hesablamasına görə, bankın ümumi depozitləri 3 ayda 147,7 milyon manat azalaraq ilin ilk rübündə 387,1 milyon manata enib. 2024-cü ilin sonuna bankın əmanət portfeli 534,75 milyon manat təşkil edib. 

Ən böyük azalma hüquqi şəxslərin depozitlərində müşahidə edilib. Şirkətlər ilin əvvəlindən 130 milyon manatdan çox vəsaiti bankdan geri çəkiblər. Nəticədə 2024-cü ilin sonunda 427,98 milyon manat olan korporativ depozitlər 2025-ci ilin birinci rübündə 297,87 milyon manata enib.   Toyuqlu pizza

Şirkətlərlə yanaşı, əhalinin də bankdakı əmanətlərində azalma müşahidə olunub. Belə ki, fiziki şəxslərin depozitləri 2024-cü ildəki 106,77 milyon manatdan bu il 89,21 milyon manata (17,56 mln. manat azalma) düşüb. 

Bankın ümumilikdə cəmi öhdəlikləri ilin əvvəlinə nisbətən bu il aprelin 1-nə 620,4 mln. manatdan 447,4 mln. manata kimi azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!