3 ayda 450 milyon manat azalma

saytların hazırlanması

Evə çatdırılma

3 ayda 450 milyon manat azalma

İqtisadiyyat

29 Yanvar 2025 12:47 348


Son üç ayda “PAŞA Bank”ın  depozit portfeli 450 milyon manatdan çox azalıb.  

“Yeni Sabah” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. 

Belə ki, bu ilin yanvarın ayının 1-nə bankın cəmi depozit portfeli 6 milyard 410,1 milyon manata bərabər olub. Ötən ilin III rübünün sonuna isə bu rəqəm 6 milyard 860,2 milyon manat təşkil edib. Başqa sözlə, son rübdə bankın əmanət portfeli 6,5% azalıb.  Sezar pizza

Ən böyük azalma işə hüquqi şəxslərin əmanət portfelində müşahidə edilib. Belə ki, şirkətlər 3 ayda bankdan 422,9 milyon manat vəsaiti bankdan geri çəkiblər. Nəticədə hüquqi şəxslərin əmanət portfelinin həcmi 4 milyard 944,4 milyon manatdan 4 milyard 521,6 milyon manata enib. 

Əhali isə bankdan son rübdə 27,3 milyon manat depozitini geri çəkib. Bu isə “PAŞA Bank”ın fiziki şəxslər üzrə əmanət portfelinin 1 milyard 916 milyon manatdan 1 milyard 888 milyon manata enməsinə səbəb olub. 

Ümumilikdə isə III rüblə müqayisədə 2024-cü ilin sonunda bankın cəmi öhdəlikləri 5,5% və ya 423,76 milyon manat azalaraq 7 milyard 313,3 milyon manata enib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!