3 dollara güldan aldılar, 11 minə satacaqlar

saytların hazırlanması

Evə çatdırılma

3 dollara güldan aldılar, 11 minə satacaqlar

Maraqlı

25 İyul 2023 16:40 829


Böyük Britaniyada əntiq əşyalar satılan mağazadan cəmi 3,30 dollara alınan güldan hərracda 11,800 dollara satılacaq. 

Axşam.az xəbər verir ki, ölçüsü 10 santimetr olan güldanı alan Karen və Ahmet cütlüyü onun üzərindəki naxışlardan şübhələnərək əşyanı mütəxəssisə göstərmək qərarı alıblar. "Canterbury Auction Galleries" hərrac evi güldanın mərhum yaponiyalı keramika ustası Namikava Yasuyukiyə məxsus əsər olduğunu təsdiqləyib. 

Qeyd edək ki, güldan 29-30 iyul tarixlərində hərraca çıxarılacaq. Cütlük əldə etdikləri gəlirdən güldanı aldıqları əntiq mağazasına da ianə edəcəklərini bildiriblər.  Dördpendirli pizza

Onu da əlavə edək ki, 2019-cu ilin aprelində Yasuyukiyə məxsus daha böyük ölçülü güldan hərracda 38 min dollara satılıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!