3 gün sonra ilk Super Ay görünəcək

saytların hazırlanması

Evə çatdırılma

3 gün sonra ilk Super Ay görünəcək

Maraqlı

16 Avqust 2024 19:06 1586


Avqustun 19-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd edilib ki, bu Super Ay Mavi Super Aydır. Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbli baş verə bilər. pizza

Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. 19 Avqustda Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361 969 km olacaq.

Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!