3 minə yaxın avtomobil daşıyan gəmi yandı 

saytların hazırlanması

Evə çatdırılma

3 minə yaxın avtomobil daşıyan gəmi yandı 

Maraqlı

26 İyul 2023 10:59 712


Niderlandın Ameland adası yaxınlığında 2857 ədəd avtomobil daşıyan "Fremantle Highway" adlı yük gəmisində yanğın baş verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Niderlandın "nu.nl" nəşri yazıb.

Yanğın nəticəsində bir ekipaj üzvü ölüb, bir neçə nəfər yaralanıb. Sahil mühafizəsinin məlumatına görə, gəminin göyərtəsində 23 nəfər olub. Ekipaj üzvləri yanğını təkbaşına söndürməyə çalışsalar da, sonradan onların təxliyə edilməsinə qərar verilib. pizza

Məlumata görə, 16 nəfər xəstəxanaya göndərilib. Ekipaj üzvlərinin bir qismi qayıq, bəziləri isə Sahil Mühafizəsinin helikopterləri ilə təxliyə edilib. 

Yük gəmisi Almaniyadan Misirə elektrik avtomobili daşıyırmış. İlkin məlumata görə, yanğın avtomobillərin birində baş verib. Hazırda gəmi ekipajsızdır, xilasedicilər onun batmasının qarşısını almağa çalışırlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!