30 il sonra nəşi ailəsinə təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

30 il sonra nəşi ailəsinə təhvil verildi

Maraqlı

28 Sentyabr 2023 10:01 307


Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Nağıyev Cahid Şəfa oğlunun nəşi ailəsinə təhvil verilib. 

Yenisabah.az xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Nərminanov rayonundakı evinə aparılır. 

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.  pizza

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq. 

Qeyd edək ki, C.Nağıyev 1993 il avqustun 8-də Füzuli rayonu “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!