30 ildən sonra nəşi tapıldı: 3 gün sonra dəfn ediləcək

saytların hazırlanması

Evə çatdırılma

30 ildən sonra nəşi tapıldı: 3 gün sonra dəfn ediləcək

Maraqlı

08 Sentyabr 2023 10:32 712


1993-cü ildə itkin düşən və 30 il sonra qalıqları tapılan şəhid Əli Heydər oğlu Hüseynovun nəşi sentyabrın 11-də Füzulidə dəfn ediləcək. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə şəhidin qardaşı oğlu, jurnalist Tağı Türk bildirib: 

“30 il bundan qabaq Qarabağda döyüşlər zamanı itkin düşmüş, 1968-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqdan nəşinin qalıqları tapılmış və artıq şəxsiyyəti müəyyən edilmiş Hüseynov Əli Heydər oğlunun qalıqları 11 sentyabr tarixində saat 9:00-da 1 saylı Tibbi Kliniki Xəstəxanasından (Semaşko) ailəmizə təhvil veriləcək. Dəfn mərasimi həmin gün saat 15:00-da Füzuli rayonunun Araz Yağlıvənd qəbristanlığında həyata keçiriləcək”, - jurnalist deyib.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!