315 mənzilə dair çıxarışlar sahiblərinə təqdim edilib

saytların hazırlanması

Evə çatdırılma

315 mənzilə dair çıxarışlar sahiblərinə təqdim edilib

Sosial

07 May 2019 11:02 1060


“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismara icazə verilən binada- vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərib. 

“Yeni Sabah” xəbər verir ki, mayın 7-də Bakının Nərimanov rayonunda yerləşən istismara icazə verilmiş yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplanıb. 

Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasıdır. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi əsas vəzifələrdəndir.  Dominos pizza

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 90-a yaxın sakindən birbaşa olaraq yaşadıqları yerdə əmlaklarına dair ilkin sənədlər toplandı. Eyni zamanda belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirildi. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edəcək. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.   

Qeyd edilməlidir ki, müvafiq Fərmanın imzalanma tarixindən bu günə kimi bir neçə yeni binada yerləşən 315 mənzilə dair çıxarışlar sahiblərinə təqdim edilib. Həmin binalar Bakının Səbail, Nəsimi, Yasamal, Xətai, Nərimanov, Nizami rayonlarında yerləşir.   

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!