320 qadın, 359 uşaq... - Maraqlı hesabat

saytların hazırlanması

Evə çatdırılma

320 qadın, 359 uşaq... - Maraqlı hesabat

Maraqlı

30 Dekabr 2023 10:27 1245


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 2023 cü ilin qısaldılmış yekun hesabatını təqdim edib. 

İctimai Birlikdən "Yeni Sabah"a verilən məlumata görə, təşkilat 2023 cü ilin 12 ayında  bir neçə istiqamət üzrə fəaliyyət göstərmişdir. Təşkilat il ərzində müxtəlif istiqamətlər daxil olmaqla, ümumilikdə  8988 nəfəri əhatə etmişdir. 

Maarifləndirmə işi üzrə; pizza sifarişi

Tədqiqatların aparılması üzrə:

Sığınacaq fəaliyyəti üzrə;

Monoitorinq üzrə;

Günərzi mərkəz üzrə

Yardım xətti üzrə həssas vəziyyətdə olan əhali qrupuna dəstək göstərmişdir.

1. Maarifləndirmə proqramı üzrə təşkilat gender əsaslı zorakılığa dair iki istqiamət üzrə:

 Məişət zorakılığı 

 İnsan alveri problemi üzrə maarifləndirmə işləri aparmışdır.

 Məişət zorakılığı üzrə maarifləndirmə işində təşkilatın bu dəfəki hədəf qrupu əsasən kişilər olmuşdur. Kişilər arasında maarifləndirmə işi – Bakı, Kürdəmir, İmişli, Sabirabad, Saatlı və Şirvan şəhərlərində olmuşdur.

Məişət zorakılığı ilə bağlı məlumatlandırma qrupuna polsi əməkdaşları aid olmuşdur.

Belə ki, Şirvan, Sumqayıt, Xəzər, Binəqədi və Abşeron rayon Polis İdərələrinin əməkdaşları üçün məişət zorakılığı qurbanları ilə işin təşkilinə dair seminarlar aparılmışdır.

DULUT proqramı - təcavüz tördən şəxslərlə sosial işin təşkili üzrə 30 nəfər sosial işçi,

30 nəfər psixoloq hazırlanmışdır.

O cümlədən, Bakı Binzes Universitetinin sosil iş ixtisası üzrə təhsil alan tələbələr üçün də belə seminarlar təşkil edilmişdir.

 İnsan alveri probelmi sahəsində KİV əməkdaşaları üçün təlimlər, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Diasporalarla iş üzrə Dövlət Komitəsi, Turizm Agentliyinin əməkdaşları ilə Dəyirmi Masalar keçirilmişdir

2. Tədiqiqat işlər üzrə, təşkilat bu il ərzində üç  tədqiqat işi aparmışdır. 

 “Azərbaycan Respublikasının vətəndaşı olan kişilərin gender əsaslı zorakılığa münasibətinin öyrənilməsi”- tədqiqatın həcmi 180 səhifə

  İnsan alverinə şərait yaradan halların müəyyən edilməsi və onların aradan qaldırılmasına dair tədqiqat- tədqiqatın həcmi 150 səhifə 

 Miqrantaların HİV/AİDS xidmətlərinə çıxışın əlçatanlığı  mövzusunda aparılmışdır.

3. Genderəsaslı zorakılıq qurbanlarına təhlükəsiz sığınacağın təşkili üzrə fəaliyyətdə, təşkilat il ərzində ümumilikdə 679 nəfərə xidmət göstərmişdir. Onlardan 320 qadın, 359 uşaq olmuşdur. 

Sığınacağın xidmət paketinə:

 Təhlükəsiz yer

 Qida

 Geyim

Hüquqi yardım, 

 Psixoloji Yardım,

 Tibbi yardıma istiqamətləndirmə

 Təhsilə bərpa

 Peşə bacarıqlarının artırılması daxildir.

Sığınacaq xidmətindən tam xidmət paketi ilə təmin edilənlər 586 nəfər qadın və uşaq;

Natamam xidmət paketindən bəhrələnənlər 73 nəfər  qadın və uşaq olmuşdur. 

4. Monitorinq üzrə təşkilat  genderəsaslı zorakılıqla bağlı KİV-in monitorinqini aparmışdır

5. Günərzi Mərkəzi üzrə 157 nəfər ailə müraciət etmişdir. Belə ki, uşaqların nəzarətsiz qalmasından ehtiyat edib, işləyə bilməyən tək anaların uşaqlarına  dəstək üçün hər ay 30 nəfər uşağa dəstək göstərilmişdir. Uşaqların qida, geyim, təhsil və sağlamlıq məslələrinə dəstək verilmişdir. 

6. Yardım xətti üzrə müraciətlərin sayı 4395 nəfər olmuşdur. Əsas müraciətlər, sosial problemlər- evsizlik, təhlükəsizlik - sığınacaq axtarışında olanlar, hüquqi məsləhət, ilkin psixoloji dəstəklə bağlı olmuşdur.

7. Əməkdaşlıq- Təşkilat - DİN, DİN-in İnsan Alverinə qarşı mübarizə Baş İdarəsi, Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Yerli İcra Hakimiyyətləri, TƏBİB, Səhiyyə Nazirliyi, Ombudsman Aparatı və digər qurumlarla sıx əməkdaşlıq etmişdir. O cümlədən Ali Təhsil müəssisəslərinin tələbləri üçün könüllük proqramları da qeyd edilən əməkdaşlığa aid edilmişdir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!