4 uşaq atası intihar edib

saytların hazırlanması

Evə çatdırılma

4 uşaq atası intihar edib

Kriminal

19 Mart 2020 18:10 1410


Ucar rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Əlikənd kəndinin bələdiyyə sədri Xeyrəddin Məmmədovun “Yenisabah”a verdiyi məlumata görə, bu gün səhər saatlarında 1958-ci il təvəllüdlü Zaməddin Əhəd oğlu Məmmədov qardaşına məxsus ov tüfəngi ilə özünün baş nahiyyəsindən vuraraq intihar edib: “Səhər saatlarında mərhumun kürəkəni mənə məlumat verdi ki, Zaməddin Məmmədov intihar edib. Dərhal hadisə yerinə getdik. Rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşlarıda gəlmişdi. İlkin müayinələr aparıldı, məlum oldu ki, Zaməddin Məmmədovun psixi durumu yerində olmayıb, bundan öncə evdə sirkə turşusu axtarıb ki, içsin. Dediyinə görə, yuxuda kimsə ona deyib ki, özünü öldür”. 

Qeyd edək ki, mərhumun 4 övladının hamısı ali təhsilli olub. Qızının biri orta məktəbdə müəllimə işləyir.  pizza mizza

Faktla bağlı Ucar rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

Azər İsrafilov

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!