40 baş keçi və “Niva” oğurlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

40 baş keçi və “Niva” oğurlayan şəxs tutuldu

Kriminal

05 Fevral 2020 07:37 1101


Xızıda 40 baş keçini soyğunçuluq yolu ilə aparan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini Rüfət Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini İlqar Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən qəsəbə sakini Emin Sadıqov saxlanılıb. 

Saxlanılan şəxs ifadəsində törətdiyi əməllərini etiraf edib.  Dominos pizza

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!